Sarkisyan rusiyalı iş adamlarından rədd cavabı alıb
30 Oktyabr 2010 Şənbə 12:05
Ermənistanın baş naziri Sarkisyan borc üçün Rusiyaya gedib.
Ermənistanın baş naziri Tiqran Sarkisyan pis vəziyyətə düşüb. ANS PRESS-in “Çorord İnknişxanutyun” erməni qəzetini yaydığı məlumata görə, baş nazirin son günlər Rusiyaya səfəri zamanı yerli iş adamları onu məyus edib.

Baş nazir Çelyabinskdə potensial kreditorlarla görüşü zamanı o, Ermənistana 1 milyard dollar kredit üçün “ağız açsa da”, onlar erməni nazirə imtina ediblər. Ancaq uzun danışıqlardan və yalvarışlardan sonra o, bu məbləğin yarısını əldə etməyə müvəffəq olub və rusiyalı kreditorlardan 500 milyon dollar qoparıb.

Lakin buna baxmayaraq, onlar Sarkisyana “biz rüşvətxor ölkələrə kredit vermirik” deyə xəbərdarlıq ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar