Sarkisyan reanimasiyadadır
29 Noyabr 2012 Cümə Axşamı 12:39
Ermənistan prezidentinin qardaşı oğlu Narekin səhhəti düşdüyü avtomobil qəzasından sonra ağırdır.
Ermənistan prezidentinin qardaşı oğlu Narek Sarkisyan reanimasiyadadır. ANS PRESS “Haykakan Jamanak” qəzetinə istinadən bildirir ki, İrəvandakı “Nairi” tibb mərkəzinin qəbul şöbəsi Narekin reanimasiya şöbəsində olmasını təsdiqləyib.

Amma mərkəz onun həyatı üçün nə dərəcədə təhlükə olması, onun düşdüyü avtomobil qəzasında aldığı zədələr barədə heç bir məlumat verməyib.

Qeyd edək ki, Narek Sarkisyan Ermənistan prezidenti Serj Sarkisyanın doğma qardaşı Aleksandr (Saşik) Sarkisyanın oğludur. Qəzet yazır ki, noyabrın 27-də Narek idarə etdiyi “Rang Rover” ilə İrəvanın Paronyan küçəsində elektrik dirəyini vurub. Şahidlərin dediyinə görə o, avtomobili həddindən arıq sürətlə idarə edirmiş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar