Sarkisyan Merkellə Qarabağdan danışıb
22 İyun 2010 Çərşənbə Axşamı 17:50
Sarkisyan Merkellə Qarabağdan danışıb. Ermənistan prezidenti yenə gileylənib.
Almaniyanın paytaxtı Berlində olan Ermənistan prezidenti Serj Sarkisyan Almaniye kansleri Angela Merkellə görüşüb. Görüşdən sonra təşkil olunan mətbuat konfrasında Sarkisyan Merkellə Dağlıq Qarabağ problemini və Türkiyə-Ermənistan münasibətlərini müzakirə etdiyini deyib.
“Türkiyənin indiki siyasəti ilə ikitərəfli münasibətlərdə irəliləyiş əldə etmək mümkün deyil”, deyə Sarkisyan qeyd edib.
Ermənistan prezidenti əlavə edib ki, indiki məqamda münasibətlərdən söz açmaq mümkün deyil. Çünki iki ölkə arasında imzalanan Sürix protokolları TBMM-də hələ də qəbul edilməyib. Bu səbəbdən həmin sənədləri Ermənistan parlamenti də müzakirə etmir.
“Türkiyə ilə münasibətlərin normallaşması üçün güclü siyasi iradənin ortaya qoyulması vacibdir, ancaq Türkiyə tərəfində bunu görmürük”, deyə Sarkisyan əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: