Sarkisyan məhkəməyə verildi
18 Sentyabr 2009 Cümə 21:45
Ermənistan prezidenti Xocalı faciəsinə görə cavab verməli olacaq
“Əsassız erməni iddiaları ilə mübarizə dərnəyi”nin rəhbəri Göksel Gülbey Ermənistan prezidenti Serj Sarkisyanı Avropa İnsan Haqları Məhkəməsinə verib. Buna səbəb Azərbaycanın qan yaddaşında silinməz iz buraxan Xocalı faciəsi olub.

"Sarkisyan 1992-ci ildə Xocalıdakı qırğını həyata keçirən qüvvələrə rəhbərlik etmiş və yüzlərlə insanın ölüm əmrini vermişdir. Sarkisyan şəxsən özü bu qırğında iştirak edib. Həmin vaxt 1 milyon 200 min Azərbaycan vətəndaşı yurdunu tərk etmək məcburiyyətində qalıb. Yüzdən çox insan həlak olub, mindən çoxu isə əsir düşüb. Məhz bu səbəbdən Sarkisyanın Avropa İnsan Haqları Məhkəməsində mühakimə olunması üçün müraciət etmişik. Qatil Sarkisyan torpaqlarımıza ayaq basma! Iğdır-Əlican sərhəd qapısından istifadə etmə deyirik", - deyə Göksel Gülbey çıxış edib.







DOSTLARINLA PAYLAŞ:

oyunlar