Sarkisyan Medvedevlə görüşdü
17 Noyabr 2010 Çərşənbə 20:20
Ermənistan prezidenti Rusiyanın Qarabaq nizamlanmasındakı vasitəçiliyindən məmnun qaldığını bildirib.
Rusiya erməniləri İttifaqının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb. Görüş zamanı Ermənistan prezidenti Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik səylərini gücləndirməsindən məmnunluğunu ifadə edib.
“Rusiya Qafqazda həmişə mühüm rol oynayıb. Ümid edirəm ki, səyləriniz müsbət nəticələnəcək”, - deyə o vurğulayıb.
Öz növbəsində Dmitri Medvedev deyib ki, erməni həmkarı ilə görüşləri tez-tez baş tutur. Bu da dövlət başçılarına problemli məsələlərdə saatları yoxlamağa və Qarabağ münaqişəsi ilə bağlı danışmağa imkan verir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: