Sarkisyan kadr dəyişikliyinə əl atır
16 Dekabr 2010 Cümə Axşamı 23:45
Ermənistan prezidenti "Respublika" partiyasının iclasında öz fikirlərini açıqlayıb
Ermənistan prezidenti Serj Sarkisyan "Respublika" partiyasının iclasında hökumətdə ciddi kadr dəyişikliklərinin edilməsi ilə bağlı təklif irəli sürüb. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu haqda fraksiyasının katibi Eduard Şarmazanov məlumat verib. “İclasda kadr dəyişiklikləri müzakirə edildi. Ermənistan prezidentinin təklifi ilə mer postuna “ArmRosqazprom”un rəhbəri Karen Karapetyan, ədliyyə naziri vəzifəsinə isə Qrayr Tovmasyanın namizədliyini irəli sürüldü”,- deyə E. Şarmazanov əlavə edib.
O eyni zamanda bildirib ki, iqtisadiyyat nazirinin yerinə maliyyə naziri Tiqran Davtyan, onun yerinə isə Ermənistan Mərkəzi Bankının sədri Vaçe Qabrielyanın namizədliyi irəli sürülüb: “Digər məsələlər müzakirə edilməyib, bütün təkliflər yekdilliklə qəbul edilib”.
DOSTLARINLA PAYLAŞ: