Sarkisyan hakimiyyətinin yeganə simvolu qalstukdur
15 Oktyabr 2010 Cümə 23:05
Levon Ter-Petrosyan: "Hakimiyyət korrupsiya içində boğulur".
Ermənistan Milli Konqresi paytaxtda mitinq keçirib. İrəvan meriyasi mitinqin Azadlıq meydanında keçirilməsinə icazə vermədiyindən aksiya iştirakçıları Matenadaran yaxınlığındakı Qədim Əlyazmalar İnstitutunun qarşısında toplaşıb. Bugünkü mitinqdə Ermənistanda korrupsiyanın iqtisadi və siyasi fəsadlarının faciəvi miqyasa çatması və ölkədə demokratiya yolunun bərpasından danışılıb.

Mitinqdə çıxış edən müxalifət lideri Levon Ter-Petrosyan hakimiyyətin korrupsiya içində boğulduğunu bildirib. O qeyd edib ki, Serj Sarkisyan və Tiqran Sarkisyanın hakimiyyətinin yalnız bir simvolu qalıb ki, o da qalstuktdur.

Ter-Petrosyan ölkənin korrupsioner məmurlar tərəfindən idarə olunduğunu bildirib. Mitinqdən sonra keçirilməsi nəzərdə tutulan yürüşün marşrutu isə pis hava şəraiti səbəbindən qısaldılıb. Erməni Milli Konqresi növbəti mitinqini oktyabrın 19-da keçirməyi qərara alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar