Sarkisyan fərariləri cinayət məsuliyyətindən azad etdi
23 Dekabr 2010 Cümə Axşamı 00:25
Hərbi xidmətdən yayınan erməniləri cərimələrlə buna vadar etməyə çalışacaqlar
Ermənistan prezidenti Serj Sarkisyan “Qaydaları pozmaqla həqiqi hərbi xidmət keçməyən vətəndaşlar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliklər əsasında fərarilərin müəyyən kateqoriyası cinayət məsuliyyətindən azad edilir. Sənədə görə, 1 noyabr 2010-cu ilədək 27 yaşı tamam olan fərrarilər barəsində cinayət təqibi dayandırılır. Ermənistanın diaspor naziri Qranuş Akopyan bildirib ki, belələrinin sayın 20 min nəfərdir və əksəriyyəti lap gənc yaşlarında ölkəni tərk ediblər.
Qanunvericiliyə edilmiş dəyişikliyə görə, fərarilik edən gənclər 27 yaşadək yayındıqları hər çağırış üçün 5000 dollar cərimə ödəyəcəklər.
DOSTLARINLA PAYLAŞ: