Sarkisyan Ermənistan hərbi prokurorunu işdən qovdu
13 Yanvar 2011 Cümə Axşamı 16:35
Sarkisyan köməkçisini sözügedən vəzifəyə təyin edib.
Ermənistan prezidenti Serj Sarkisyan hərbi prokuror, baş prokurorun müavini vəzifəsində çalışan Armen Xaçaturyanı vəzifəsindən kənarlaşdırıb. ANS PRESS-in erməni saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb. O, öz köməkçisi Qevork Kostanyanı hərbi prokuror, Ermənistan Respublikası baş prokurorunun müavini təyin edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: