Sarkisyan Azərbaycan və Türkiyənin arxasınca deyindi
14 Aprel 2011 Cümə Axşamı 00:54
“Avropaya yoluna sadiqliyini elan edən qonşumuz Ermənistanın mülki təyyarələrini vurmaqla hədələyir”
Ermənistan prezidenti Serj Sarkisyan Sloveniyanın paytaxtı Lyublyanada sloveniyalı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb. ANS PRESS-in Ermənistanın dövlət başçısının internet saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Sloveniya və Xorvatiya arasında Avropa Birliyinə üzvlüklə bağlı fikir ayrılıqlarına toxunan Serj Sarkisyan dərhal şikayətlənməyə başlayıb: “Təəssüf ki, bizim bölgədə problemlər bir qədər başqadır. Faktiki olaraq, hamının Avropaya inteqrasiya yolu ilə bağlı təsəvvürləri dinc, firavan, azad və təhlükəsiz inkişafla üst-üstə düşmür. Bizim Avropa yolunu təhrif olunmuş formada qəbul edən birbaşa qonşumuz Avropa regionuna yalnız münbit neft və qaz bazarı kimi baxır. Avropaya yoluna sadiqliyini elan edən qonşumuz Ermənistanın mülki təyyarələrini vurmaqla hədələyir, gündəlik hərbi bəyanatları ilə fəqlənir və Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həlli ilə təhdid edir”.
“Avropa Birliyinə can atan başqa bir qonşumuz isə qəbul etdiyi beynəlxalq öhdəliklərə baxmayaraq, Ermənistanla sərhədləri açmaq istəmir. Görəsən, bizim qonşulamırım bilmirlərmi ki, azad hərəkət Avropa dəyərləri sistemində əsas yeri tutur?”, - deyə Serj Sarkisyan bildirib.
Ermənistan prezidentinin sözlərinə görə, sloveniyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı mərhələsini nəzərdən keçiriblər: “Biz razılaşdıq ki, probelmin dinc yolla nizamlanmasının alternativi yoxdur, güc tətbiqi və ya güc hədəsi beynəlxalq hüquq baxımından qəbuledilməhdir. Cənaö prezident Kosovo problemi ilə bağlı yanaşmanı xatırlatdı. Serbiya Kosovonun müstəqilliyini tanımır, bununla belə, hər hansı hərbi əməliyyatlardan çəkinir”. Serj Sarkisyan bildirib ki, “Qarabağ xalqını öz müstəqilliyindən imtinaya məcbur etmək olmaz”.
DOSTLARINLA PAYLAŞ: