Sarayevo ürəyi Ancelina Coliyə qismət oldu
31 İyul 2011 Bazar 17:23
Aktrisa Bosniyada keçirilən film festivalının bağlanış mərasimində xüsusi mükafata layiq görülüb.
Məşhur Hollivud ulduzu Ancelina Coli Bosniyanın paytaxtı Sarayevoda keçirilən film festivalının bağlanış mərasimində xüsusi mükafata layiq görülüb. Aktrisaya Bosniyada baş vermiş 1992-1995-ci illər müharibəsinin qaçqınlarına dünyanın diqqətini cəlb etdiyinə görə «Sarayevonun ürəyi» adlandırılan mükafat təqdim edilib.
Qeyd edək ki, Ancelina Coli BMT-nin qaçqınlar üzrə xoşməramlı səfiri kimi ötən il bir neçə dəfə Bosniyaya gedərək, dünya ictimaiyyətinin diqqətini müharibədən 16 il sonra belə öz evlərinə qayıda bilməyən 117 min bosniyalı qaçqının probleminə yönəltmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: