San-Fransiskoda marallar yolu bağlayıb
06 Sentyabr 2014 Şənbə 10:19
San-Fransiskoda qeyri-adi hadisə baş verib. Qızıl qapılar adlanan körpüdə iki maral böyük qalmaqal yaradıb.
San-Fransiskoda qeyri-adi hadisə baş verib.

ANS PRESS-in “NBC News”a istinadən verdiyi məlumata görə, “Qızıl qapılar” adlanan körpüdə iki maral böyük qalmaqal yaradıb.

Belə ki, iki maral körpüyə çıxaraq gəzişiblər. Bu zaman körpüdən keçən yüzlərlə avtomobil dayanmalı olub. Bu səbəbdən də körpünün üstündə dəhşətli tıxac yaranıb və 2 saata yaxın avtomobillərin hərəkəti iflic olub.

Hadisə yerinə xüsusi mühafizə orqanları çağırılıb. Lakin aidiyyatlı şəxslər gələnə qədər marallar körpüdən enərək meşəliyə gediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, birinci dəfədir ki, vəhşi heyvanlar ictimai yola çıxırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar