Samoa hakimiyyətindən qəribə qərar: dekabrın 30-u ləğv edildi
30 Dekabr 2011 Cümə 02:12
Cümə axşamı yatan samoalılar yuxudan şənbə günü oyanacaqlar.
Sakit okeanda yerləşən Samoa ada dövlətinin hökuməti 2011-ci il dekabrın 30-unun ləğvi barədə qərar qəbul edib. “SkyNews”un məlumatına görə, bu addım Samoanın əsas ticarət tərəfdaşı Avstraliyaya “yaxınlaşması” məqsədilə atılıb. Beləliklə, cümə axşamı yatan samoalılar şənbə günü yuxudan oyanacaqlar.
Hökumətin qərarınadək Samov Qrinviç vaxtını 11 saat qabaqlayırdı. Beləliklə, Avstraliyanın şərq sahili ilə vaxt fərqi 21 saat təşkil edir, nəticədə ölkələr arasında əməkdaşlıq çətinləşirdi.
“Mən bunu Avstraliya və Yeni Zellandiya ilə daha uğurlu biznes qurulması üçün edirəm. Əvvəllər biz həftənin iki iş gününü itirirdik. Çünki bizdə cümə günü olanda Yeni Zellandiyada şənbə idi. Bizdə bazar günü olanda isə Brisben və Sidneydə hamı işləyirdi”, - Samoanın baş naziri Sailele Malieleqaoi bildirib.
Yeni saata keçiddən sonra Samoanın Vellinqtonla bir, Sidneylə isə üç saat fərqi olacaq.
DOSTLARINLA PAYLAŞ: