Salvador iyunda Kosovonun müstəqilliyini tanıdığını bəyan edəcək. Bu barədə "RİA Novosti"yə istinadən ANS PRESS məlumat yayıb.
Kosovonun alban hakim dairələri 2008-ci il 17 fevral tarixində ABŞ və Avropa İttifaqının aparıcı ölkələrinin dəstəyi ilə Serbiyadan ayrılaraq birtərəfli qaydada öz müstəqilliklərini elan ediblər.
İndiyədək Kosovonun müstəqilliyini 60 dövlət tanıyıb. /ANS PRESS/