Sakit okeanda yerləşən Vanuatu adasında zəlzələ baş verib. ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 6,5 bal olub. Zəlzələnin episentri Sakit Okeanda yerləşən Vanuatu adasındakı Port Vila şəhərindən 40 km qərbdə yerləşir. Dağıntı və xəsarət alan barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib. /ANS PRESS/