Sakit okean donanması Avstraliyaya yürüşə hazırlaşır
27 Avqust 2013 Çərşənbə Axşamı 07:29
Tarixdə ilk dəfə Avstraliya Hərbi Dəniz Qüvvələri ilə beynəlxalq münasibətlər quran Sakit okean donanmasının gəmiləri Sidney limanına girəcək.
Sakit okean donanmasının bir neçə gəmisi Avstraliyaya uzaq yürüşə hazırlaşır. "Varyaq" qvardiya raket kreyseri, "Boris Butoma" tankeri və "SB-5222-in dəniz yedəyindən ibarət üçlüyün hazırlıq prosesi Kamçatkanın Petropavlovsk limanında həyata keçirilir.

ANS PRESS-in İtar-Tass-a istinadən verdiyi xəbərə görə, tarixdə ilk dəfə Avstraliya Hərbi Dəniz Qüvvələrləri ilə beynəlxalq münasibətlər quran Sakit okean donanmasının gəmiləri Sidney limanınaa girəcək.

Səfərin sonunda Rusiya və Avstraliya dənizçiləri Sakit okeanın cənub enlərində birgə təlimlər keçirməyi planlaşdırırlar. Döyüş xidmətinin gedişatında gəmilərinin dəstəsinin Vyetnamın limanlarından birinə gedəcəyi gözlənilir.

Yürüşün əsas məqsədi, Avstraliya və Vyetnamla sonrakı hərbi dəniz əməkdaşlığını inkişaf etdirmək və Asiya-Sakit okean regionunda Andreyevsk bayrağını nümayiş etdirməkdir.

Avstraliya, gəmilərin Petropavlovsk limanından çıxış tarixini hələ də dəqiqləşdirməyib. Son məlumatda, gəmilərin bu günlərdə Avstraliyaya istiqamət götürəcəyi və bir aya bu ölkəyə çatacağı bildirilir. Vyetnam gəmiləri isə Avstraliyadan qayıdan vaxtı Vladivostoka baş çəkəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar