Şahzadə Uilyama "3 uşaq fındığı!"...
01 İyun 2011 Çərşənbə 12:35
Türkiyənin dövlət naziri şahzadə və həyat yoldaşına qəribə hədiyyə göndərib
Türkiyənin dövlət naziri Egemen Bağış İngiltərə şahzadəsi Uilyam və onun həyat yoldaşı Keyt Midltona qəribə hədiyyə göndərib. Televiziya proqramlarından birinə qatılan E. Bağış aparıcıya üzərində "Avropa İttifaqına fındıq, Türkiyəyə üzvlük" yazılmış fındıq dolu zərf təqdim edib. Nazir bildirib ki, fındıq paketlərini avropalıların enerjhi ehtiyacı üçün hazırladıb. O, ingilis nazirlərdən biri ilə görüşdə bu zərfdən birini də təqdim edərək, şahzadə və həyat yoldaşına verməsini xahiş edib.
''Sadəcə Türkiyədə deyil, dünyada 3 uşağın nə qədər önəmli olduğunu alnatmağımız lazımdır", deyə
E. Bağış qeyd edib.
Türkiyə əhalisunin Avropa ilə müqayisədə çox gənc olduğuna işarə edən dövlət naziri ölkəsində təhsilə ayrılan büdcə ilə, özndən razı, savadlı və zəhmətkeş bir gəncliyin yetişdiyini və Türkiyənin gələcəyinin açıq olduğunu vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: