Şahzadə Uilyam və Keyti ayrılıq gözləyir
04 May 2011 Çərşənbə 15:15
Şahzadə gənc arvadını hellikopter sürmək üçün tək qoyacaq.
Ötən cümə günü dünya ictimaiyyətinin gözü qarşısında nigaha girən Britaniya şahzadəsi Uilyam və Keyti ayrılıq gözləyir. Şahzadə Uilyam sentyabrda Folklend adalarında hərbi xilasedici helikopterdə pilot qismində 2,5 aylıq hərbi xidmət keçəcək. Şahzadə gənc arvadını hellikopter idarə etmək xatirinə tək qoyacaq.

Ezamiyyətin müddəti uzun olmadığından və Britaniya zabitinə ailəsini özü ilə başqa bölgəyə aparmasına icazə verilmədiyindən Uilyam Keyti özü ilə apara bilməyəcək.

Mənbənin sözlərinə görə, toydan sonra Kembric hersoqovinası titulu alan Keyt tezliklə ərindən ayrılacağına kədərlənir. Hətta o da məlumdur ki, Uilyam xidmətini təxirə salmaq və həyat yoldaşını özü ilə apara bilmək üçün öz mövqeyindən istifadə etmək istəməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar