Şahzadə Uilyam və Keyt Middelton toyuna bir neçə saat qaldı
29 Aprel 2011 Cümə 11:50
Şahzadə Uilyam və Keyt Middeltonun toy mərasiminin Bakı vaxt ilə saat 14:00-da başlayacağı gözlənilir.
Böyük Britaniyada ilin toyuna cəmi bir neçə saat qalıb. Söhbət Britaniya taxt-tacına ikinci iddialı sayılan Şahzadə Uilyam və nişanlısı Keyt Middeltonun toy mərasimindən gedir.

Mərasimin Bakı vaxtı ilə saat 14:00-da başlayacağı gözlənilir. Artıq mərasimin keçiriləcəyi Londonun Vestminister Abbatlığının qarşısında çox sayda insan toplaşıb. Onlar abbatlığın qarşısında düşərgə salıblar.

Ümumilikdə Şahzadə Uilyam və Keyt Middeltonun toy mərasimini küçələrdə yarım milyon britaniyalının qeyd edəcəyi gözlənilir. Sorğulara görə, daha bir neçə milyon Birləşmiş Krallıq əhalisi bu günü öz evlərində, ailələri ilə birlikdə qeyd etməyə hazırlaşır. 2 milyarda qədər insanın isə televizor qarşısında bu toyu izləyəcəyi gözlənilir ki, bu da dünya əhalisinin üçdə biri edir.

Dünən isə şahzadə Uilyam Londondakı kral ailəsi iqamətgahının qarşısında keşik çəkən vətəndaşlarla görüşərək onlarla əl sıxıb. Onun nişanlısı Keyt Middelton isə toy mərasiminə şəhərin “Qorin” hotelində hazırlaşır. Burada da hotelin qarşısında onlarla insan keşik çəkir.

Nikah mərasiminə 1900 qonaq dəvət olunub. Onlardan 650-si Bukinqem sarayında naharda, 300-ü isə şam yeməyində iştirak etmək hüququ əldə edib. İlin toyuna dəvət almayanlar arasında ölkənin sabiq baş nazirləri Qordon Braun və Toni Bleyer, ABŞ prezidenti Barak Obama və digər məşhur rəsmilər var. "Bloomberg" anentliyinin hesablamalarına görə isə, şahzadə Uilyamın toyu ölkə xəzinəsinə 177 milyon dollara başa gələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar