Şahzadə Uilyam nişanlandı
17 Noyabr 2010 Çərşənbə 02:35
Cütlük gələn il evlənəcək
Britaniyanın kral sarayı şahzadə Uilyam və sevgilisi Keyt Middltonun nişanlandığını açıqlayıb. Britaniya cəmiyyəti bu xəbəri bir neçə ildir gözləyirdi. Şahzadə Diana və Uels şahzadəsi Çarlzın oğlu Uilyamın hələ oktyabrda Keniyada istirahət zamanı nişanlandığı bildirilib. Sarayın açıqladığı növbəti məlumat cütlüyün 2011-ci ildə ailə quracağıdır. Toyun təfərrüatları barədə məlumatlar daha sonra elan ediləcək.
Uilyam Keyt Middltonla 2001-ci ildə tanış olub. Həmin vaxt onlar Ştotlandiyadakı nüfuzlu Sent-Endrüs təhsil alıblar. Cütlük 2003-cü ildən görüşməyə başlayıb. İndi onların 28 yaşı var. Cütlüyün toyu şahzadə Diana və Çarlzın evlənməsinin 30 illiyinə təsadüf edəcək.
Böyük Britaniyanın baş naziri Devid Kemeron cütlüyü təbrik edib. Təbrikdə deyilir: “Mən gözlənilən toy barədə xəbərləri eşitməkdən çox şadam. Keyt və Uilyama xoşbəxtlik arzulayıram”.
DOSTLARINLA PAYLAŞ: