Şahzadə Harri Braziliyada uşaqlarla oyun oynayıb
11 Mart 2012 Bazar 12:52
Britaniya şahzadəsi Rio-de-Janeyroda kriket və reqbi oyunlarında iştirak edib.
Böyük Britaniya taxt-tacının III vəliəhdi şahzadə Harri Latın Amerikası və Karib regionuna səfəri çərçivəsində Braziliyada olub. Rio-de-Janeyro şəhərində gecəqondu məhəllələrindən birinə baş çəkən şahzadə burada uşaqlarla kriket oyunu oynayıb. Şahzadəni görmək üçün ətraf ərazilərdən yüzlərlə adam bu gecəqondu məhəlləsinə toplaşıb.

Braziliyaya səfəri çərçivəsində şahzadə Harri qaçış yarışmasında və Rio-de-Janeyronun Flamenqo çimərliyində reqbi oyununda da iştirak edib. Onun San-Paulo şəhərində də xeyriyyə məqsədilə təşkil edilən polo oyununda iştirak edəcəyi də gözlənilir.

Qeyd edək ki, şahzadə Harrinin regiona səfəri Böyük Britaniya şahzadəsi II Yelizavetanın hakimiyyətə gəlməsinin 60-cı ildönümü münasibətilə Böyük Britaniya ilə Latın Amerikası ölkələri arasında əlaqələri gücləndirmək məqsədi daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar