Şagirdlər müəllimi döyərək xəstəxanalıq ediblər
25 Yanvar 2014 Şənbə 07:57
Müəllim Həsən Kaplan Adana dövlət xəstyəxanasına çatdırılıb, hadisədə şübhəli bilinən 3 şagird isə polis trəfindən saxlanılıb.
Türkiyədə birinci yarımildə qiymətləri aşağı olan orta məktəb şagirdləri müəllimlərini döyüblər. ANS PRESS yerli mətbuata istinadən xəbər verir ki, hadisə Adana vilayətinin Seyhan rayonunda baş verib.
Məlumata görə, aldıqları qiymətlərlə razılaşmayan şagirdlər məktəb rəhbərliyi ilə görüşmək istəyiblər. Bu vaxt şagirdlərlə onların narazı qaldığı coğrafiya müəllimi Həsən Kaplan arasında mübahisə yaranıb və sonda tərəflər dalaşmağa başlayıblar. Şagirdlər hücum etdikləri müəllimlərini yumruqla döyərək ona xəsarət yetiriblər.
Dərhal hadisə yerinə polis və təcili yardım çağırılıb. Polisin yanında da müəllimi döyməyə davam edən şagirdlər, hadisə yerində çəkiliş aparan jurnalistlərə də hücum ediblər.
Məlumata görə, müəllim Həsən Kaplan Adana dövlət xəstyəxanasına çatdırılıb, hadisədə şübhəli bilinən 3 şagird isə polis trəfindən saxlanılıb.
Faktla bağlı istintaq davam edir.
DOSTLARINLA PAYLAŞ: