Sabiq vitse-prezidentə 6 il cəza kəsildi
22 Noyabr 2009 Bazar 14:40
Məhəmməd Əli Əbtahi prezidentliyə namizəd Mehdi Karrubinin müşaviri olub
İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Əbtahi 6 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətin təhlükəsizliyi əleyhinə hərəkətlərdə, mövcud rejim əleyhinə təbliğat aparmaqda, prezidenti təhqir etməkdə, icazəsiz kütləvi aksiyalarda iştirakda məxfi konfidensial sənədləri saxlamaqda təqsirli bilinir.
Xatırladaq ki, o iyun ayında İranda keçirilən prezident seçkilərinə qarşı keçirilən kütləvi mitinqlərdə iştirakda ittiham olunur.
Məhəmməd Əli Əbtahi prezidentliyə namizəd Mehdi Karrubinin müşaviri olub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar