Sabiq prezident zorlamada təqsirli bilinib
30 Dekabr 2010 Cümə Axşamı 18:25
Moşe Kasav vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
İsrailin sabiq prezidenti Moşe Kasav zorlama və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seksual təcavüz göstərməkdə ittiham edilir. Qeyd edək ki, keçmiş prezidentin məhkəmə işi 4 ildir ki, davam edir. Təl-Əviv məhkəməsi sabiq prezidentini iki zorlamada günahkar bilib. İsrail kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Moşe Kasav əsasən fəaliyyətdə olduğu dövrdə tabeçiliyində olan qadın işçilərinə qarşı seksual zəmində hərəkətlər törətməkdə ittiham edilir.
Məhkəmənin qərarı ilə Moşe Kasava Turizm Nazirliyi və Prezident Administrasiyasının əməkdaşına seksual təcavüz göstərməkdə təqsirli bilinib. Bundan başqa, məhkəmə sabiq dövlət başçısını yalan ifadə verməkdə də ittiham edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: