Sabiq prezident bəraət etdi
08 Oktyabr 2013 Çərşənbə Axşamı 07:21
Nikolas Sarkozinin yenidən siyasətə qayıdacağı istisna edilmir.
Fransada Bordo məhkəməsi ölkənin keçmiş prezidenti Nikolas Sarkozi ilə bağlı işə xitam verib. “Betankur” adı almış məhkəmə işində, Sarkozi 2007-ci il seçki kampaniyası üçün “Loreal” şirkətinin varlı sahibindən külli miqdarda pul almaqda ittiham olunurdu.
“Euronews” telekanalının məlumatına görə, “Loreal” şirkətinin sahibi olan Lilian Betankur Fransanın ən zəngin qadınlarındandır və o Alzeymer xəstəliyindən əziyyət çəkir. İddiaya görə, Sarkozi məhz onun xəstəliyindən sui-istifadə edərək, öz seçki kampaniyasını maliyələşdirib.
Prezident olduğu dövrdə onun siyasi toxunulmazlığı ilə əlaqədar iş qaldırıla bilmədiyindən, yalnız 2013-cü ilin mart ayında bu barədə istintaq başlanılıb. Lakin Bordo məhkəməsi cinayət tərkibinin olmaması ilə əlaqədar Betankur işinə xitam verib.
DOSTLARINLA PAYLAŞ: