Sabiq prezident 25 illiyine hebs edildi
05 Aprel 2014 Şənbə 16:09
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev 25 il müddetine azadlıqdan mehrum edilib.
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev Böyük Britanıya vetendaşı, iş adamı Şon Deyliye qarşı sui-qesdin teşkilinde teqsirli bilinerek 25 il müddetine azadlıqdan mehrum edilib.

ANS PRESS-in melumatına göre, Bişkek şeherinin "Pervomayskı" rayon mehkemesinin verdiyi qerara esasen, sabiq prezident 25 il müddetine qiyabi hebs edilib.

Britaniyalı iş adamına qarşı sui-qesdin teşkilinde prezidentin oğlu Milli Tehlükesizlik üzre Dövlet Komitesinin sabiq rehberi Maksim, qardaşı Dövlet Mühafize Xidmetinin rehberi Canıbek Bakiyev de teqsirli bilinirerek ömürlük azadlıqdan mehrum edilibler. K.Bakiyevin birinci evliliyinden olan oğlu Marata ise 20 il hebs cezası kesilib.

Qeyd edek ki, mehkeme Kurmanbek Bakiyevi 25 il qiyabi hebs cezası verse de, Qırğızıstan baş prokurorluğu sabiq prezidenti diger cinayetlerde teqsirli bilib ve ona ömürlük hebs cezasının verilmesini teleb edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar