Sabiq nazirin evindən 42 kq qızıl tapıldı
22 Mart 2014 Şənbə 18:12
Eduard Staviçko barəsində vəzifəsindən sui-istifadə edərək dövlət mülkiyyətinə ziyan vermək maddəsi ilə cinayət işi açılıb.
Ukrayna Daxili İşlər Nazirliyinin korrupsiyaya qarşı keçirdiyi əməliyat nəticəsində sabiq energetika naziri Eduard Staviçkonun evindən 42 kiloqram qızıl və təxminən 5 milyon dollar aşkar edilib.
ANS PRESS-in məlumatına görə, bunu Ukrayna daxili işlər naziri Arsen Avakov deyib.
Nazirin sözlərinə görə, Eduard Staviçkonun mənzilindən 4,8 mln. dollar pul, 42 kiloqram qızıl, dünyanın məşhur və bahalı brendlərindən olan qol saatları, qiymətli metallardan hazırlanmış məmulatlar, bir neçə mülkə aid sənəd, torpaq sahələri və müəyyən şirkətlərin borclarına dair sənədlər, bank kartları, bir sıra banklarla apardığı sənədləşmələrin nüsxəsi aşkarlanıb.
Arsen Avakov həmçinin qeyd edib ki, Eduard Staviçko barəsində vəzifəsindən sui-istifadə edərək dövlət mülkiyyətinə ziyan vermək maddəsi ilə cinayət işi açılıb.
Ukrayna mətbuatı yazır ki, hazırda DİN əməkdaşları sabiq baş nazirin 3 evində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
DOSTLARINLA PAYLAŞ: