Sabiq nazir ailəsi üçün deputatlıqdan və siyasətdən əl çəkdi
16 Oktyabr 2010 Şənbə 06:50
Bodstrom ABŞ-da təhsil alan övladları ilə birlikdə olmaq üçün Amerikaya gedəcəyini bildirib.
İsveçdə müxalifətçi Sosial Demokrat partiyanın millət vəkili və keçmiş Ədliyyə naziri Tomas Bodstrom deputatlıqdan istefa verdi. Məzuniyyət götürmək istədiyini, amma bu tələbinin parlament tərəfindən rəd edildiyini deyən Bodstrom ABŞ-da təhsil alan övladları ilə birlikdə olmaq üçün Amerikaya gedəcəyini bildirib. “Nə siyasət seçərəkə millət vəkili kimi qalmalı, nə də ABŞ-da təhsil alan uşaqlarımın yanına getməliydim. Qərar vermək çox çətin idi”.
İstefa verən millət vəkilinin yerinə isə seçki vaxtı ondan sonrakı sırada yerləşən süryani əslli Yılmaz Kerimo deputat olub. Qeyd edək ki, Kerimo martın 11-də qondarma erməni iddialarının İsveç parlamentində qəbul edilməsi üçün səy göstərən siyasətçilərdən biridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: