Sabıq müdafie naziri Türkiyeye qaçdı
07 Sentyabr 2013 Şənbə 13:12
Suriyanın sabıq müdafie naziri Eli Hebibi, Esed rejiminden qaçaraq Türkiyeye sığınıb.
Bəşər Əsəddən sonra Suriyadakı hakimiyyətə namizəd kimi göstərilən Əli Həbibinin İstanbula qaçdığı iddia edilib.

ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Suriyanın sabıq müdafiə naziri Əli Həbibi, Əsəd rejimindən qaçaraq Türkiyəyə sığınıb.

Suriya hakim dairələri xəbərin yalnış olduğunu bildirsələr də, Qüdsün "Əl-Ərəbi" telekanalı və "Reuters" agentliyi, Həbibinin Türkiyədə olduğunu təsdiq ediblər.

Suriyadakı müxalif mənbələr, Həbibinin qərb ölkələrinin kəşfiyyat orqanlarının köməyi ilə Türkiyəyə qaçdığını bildiriblər. Bəzi mənbələrin fikrincə, ABŞ, Bəşər Əsəddən sonra Suriyada hakimiyyət başına Həbibini gətirməyi planlaşdırırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar