Sabiq müdafiə naziri İqor Rodionov öldü
20 Dekabr 2014 Şənbə 00:56
Rusiyanın keçmiş müdafiə naziri İqor Rodionov 79 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib.
Rusiyanın keçmiş müdafiə naziri, ordu generalı İqor Rodionov 79 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib.
ANS PRESS-in məlumatına görə, İqor Rosionov Sovet dövründən SSRİ ordusunda çalışsa da, yanvar hadisələri baş verən 1990-cı ildə o, SSRİ silahlı qüvvələrinin baş qərargahının hərbi akademiyasında rəis vəzifəsində çalışıb.
1996-cı ilə kimi bu vəzifədə çalışan Rodionov 17 iyul 1996, 22 may 1997-ci illəri əhatə edən az bir zaman kəsiyini Rusiya müdafiə naziri vəzifəsində çalışıb. Rodionovun işindən uzaqlaşması səbəbi kimi “hərbi islahatların sürətsiz inkişafı” göstərilib.
Rodionov bundan sonra bir neçə dəfə Rusiya Dumasına deputat seçilib. Bir çox dövlət mükafatlarına layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: