Sabiq dünya çempionunun həyat yoldaşı həbs edilib
12 İyul 2009 Bazar 21:50
Amanda Rodriqes ərinin qətlində şübhəli bilinir

 

Braziliya polisi boks üzrə keçmiş dünya çempionunun həyat yoldaşını həbs edib. ANS PRESS-in "Reuters"ə istinadən yaydığı xəbərə görə, Arturo Qattinin 23 yaşlı həyat yoldaşı Amanda Rodriqes ərinin qətlində şübhəli bilinir.

Boksçunun arvadının saxlanmasına səbəb istintaqa verdiyi ifadəsindəki ziddiyyətlər səbəb olub. Belə ki, qadın ərinin meyiti ilə eyni otaqda 10 saatdan artıq qalmasını və həmin müddət ərzində ərinin öldüyündən xəbərsiz olmağunu heç nə ilə izah edə bilməyib. O, həmçinin ərinin qətlində günahsız olduğunu bildirib.

Boks üzrə sabiq dünya çempionu Arturo Qatti bu gün Braziliyanın Porto şəhərinin otellərinin birində ölü tapılıb. Kanadalı boksçu cümə günü ailəsi ilə birlikdə Portoya dincəlmək üçün gəlmişdi.

Polisin yaydığı xəbərə görə, Qattinin baş və boyun nahiyəsində zədə izləri aşkarlanıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar