Sabiq BVF rəhbərinin ev dustaqlığı ləğv edildi
02 İyul 2011 Şənbə 02:52
“New York Times”: Siyasətçiyə qarşı cinayət işi iflas ərəfəsindədir.
Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri, zorlamada ittiham olunan Dominik Stross-Kanın ev dustaqlığı lətv edilib. “Reuters” agentliyinin məlumatına görə, bu barədə qərarı Nyu-York məhkəməsi qəbul edib.

“New York Times” qəzetinin məlumatına görə, siyasətçiyə qarşı cinayət işi iflas ərəfəsindədir. Çünki onun zorlamağa cəhd göstərdiyi bildirilən otel qulluqçusu tez-tez ifadələrini dəyişir və mafiya ilə əlaqəsi var.

Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkda otel ulluqçusuna qarşı seksual sorakılıq hərəkətləri ilə əlaqədar həbs edilib. Mayı 19-da isə o Beynəlxalq Valyuta Fondunun rəhbəri vəsifəsində istefa verdi. Dominik Stross-Kan özünə qarşı ittihamları rədd edir. Buna baxmayaraq, sabiq BVF rəhbərini 25 ilədək həbs cəzası gözləyirdi.

Mayın 21-də Dominik Stross-Kan 1 milyon nağd pul və 5 milyon dollarlıq istiqraz girovu qarşılığında azadlığa buraxıldı və öarəsində seçilmiş tədbir ev düustaqlığı ilə əvəz edildi. O, Nyu-Yorkdakı mənzildə fasiləsiz videomüşahidə və silahlı mühafizə ilə yaşamalıydı. Bundan başqa, sabiq BVF rəhbərinin topuğuna onun hərəkətlərini qeydə alan elektron bilərzik bağlanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar