Sabiq baş naziri 10 il həbs cəzası gözləyir
16 İyul 2011 Şənbə 18:09
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko azadlığını itirə bilər.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonu 10 il həbs cəzası gözləyir. Bu barədə “RBK” Ukrayna Baş Prokurorluğuna istinadən yazıb.

Qeyd edək ki, Yuliya Timoşenko Kioto protokolu çərçivəsində parnik qazı tullantılarına görə tətbiq olunan kvotaların satışında əldə olunan vəsaitlərin xərclənməsində ittiham edilir. Ukrayna qanunvericiliyinə görə, Y. Timoşenkonu 3 ildən 10 ilə kimi azadlıqdan məhrum edilməklə bərabər 3 ilə kimi müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir.

Ukrayna Baş Prokurorluğunda bildirilib ki, Yuliya Timoşenkonun bu gün müttəhim kimi ifadəsi alınıb: “Ölkəni tərk etməmək barədə iltizamnamədə də heç bir dəyişiklik edilməyib”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar