Sabiq baş nazirə ittiham irəli sürüldü
22 May 2013 Çərşənbə 04:52
Vano Merabişvili korrupsiya fəaliyyətində, səlahiyyət həddini aşmaqda və dövlət vəsaitini mənimsəməkdə imttiham olunur.
Gürcüstan Baş Prokurorluğu sabiq baş nazir Vano Merabişviliyə və Kaxetiya bölgəsinin qubernatoru Zurab Çiaberaşviliyə rəsmən ittiham irəli sürüb.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hər iki şəxs korrupsiya fəaliyyətində, səlahiyyət həddini aşmaqda və dövlət vəsaitini mənimsəməkdə imttiham olunurlar.

Vəkilləri müştərilərinin ittihamları rədd etdiklərini bildirirlər. Yayılan məlumatda 48 saat ərzində məhkəmənin keçiriləcəyi və saxlanılanlar barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacağı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar