Sabiq baş nazir Toni Bler şəxsi məsləhətçi olacaq
10 Yanvar 2010 Bazar 18:40
Toni Bler "Louis Vuitton - Moot Hennessy" ilə razılığa gəlib
Britaniyanın sabiq baş naziri Toni Blerə olduqca iş təklifi gəlib. Keçmiş baş nazir lüks kateqoriyalı malların istehsalı üzrə dünyada məşhur olan Fransanın “Louis Vuttion- Moot Hennessy” şirkətlər qrupundan təkilf alıb.
Tərəflər arasında aparılan danışıqlar müsbət nəticə verib. Sabiq baş nazir şirkət rəhbəri, Fransanın ən zəngin adamının şəxsi məsləhətçisi olacaq. Blerin LVMH-dakı əsas vəzifəsi şirkətə yeni və nüfuzlu müştərilər cəlb etmək olacaq. Beləliklə Blerin əmək haqqındakı sıfırların sayı 6-nı keçəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: