Sabiq baş nazir həbs olundu
16 Sentyabr 2009 Çərşənbə 22:10
O, iki il müddətinə azadlıqdan məhrum edilib
Polşa Xalq Respublikası Nazirlər Şurasının sonuncu sədrlərindən biri olan Çeslav Kişak dini ayrı-seçkilikdə təqsirli bilinərək amnistiya hüququ olmadan 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məlum olub ki, 1985-ci ildə Kişak Koşalin şəhərinin polislərindən birini işdən qovub. Buna səbəb polisin qızının katolik kilsəsində ibadət etməsi olub.
Həmin polisin işdən azad edilməsi barədə qərarı məhz Kişakın özü qəbul edib və bu, şahidlərin ifadələri əsasında öz təsdqini tapıb. Məhkəmə polis əməkdaşının sənəddə göstərilən səbəbdən deyil, məhz qızının gizli olaraq katolik kilsəsində ibadət etdiyinə görə işdən azad edildiyini müəyyən edib.
DOSTLARINLA PAYLAŞ: