Sabiq baş nazir axtarışdadır
10 Dekabr 2010 Cümə 18:20
İvo Sanadera rüşvətxorluqda günahlandırılır
Xorvatiyanın sabiq baş naziri İvo Sanadera axtarışdadır. Keçmiş baş nazir İnterpol xətti ilə axtarılır. Məlumata görə, o, rüşvətxorluqda ittiham edilir. İvo Sanaderanın həbs edilməsi haqda order ötən gün verilsə də, o gizlənməyə macal tapıb.

“The Guardian”nın yazdığına görə, İvo Sanadera avtomobillə qonşu Sloveniyaya qaçıb. Sərhədçilər onu həmin vaxt saxlamayıb. Belə ki, ölkədən çıxdığı zaman onun həbs edilməsi haqda qərar çıxarılmayıbmış. Nəşr yazıb ki, keçmiş baş nazir Lyublyanadan Londona qaçıb.

İvo Sanaderanın vəkilinin verdiyi məlumata görə, onun müştərisi bir müddət əvvəl gedəcəyini və 2-3 günə gələcəyini bildirib. Vəkil onunla telefon əlaqəsi saxladığını, lakin harada olduğunu deməyib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar