Moskva meriyası avqustun 18-dən, yəni sabahdan Çerkizov bazarında yerləşən ticarət pavlionlarının sökülməsinə başlamaq barədə qərar qəbul edib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə şərqi inzibati dairə perfekturasından bildirilib.
Əvvəllər paytaxt hakimiyyəti bazar ərazisini avqustun sonunadək təmizləyəcəklərini, satıcılara isə digər bazarlarda yerlərin təqdim olunacağını vəd etmişdilər. ANSPRESS