Sabah Ukraynada matəm günüdür
12 Oktyabr 2010 Çərşənbə Axşamı 21:30
Buna səbəb Dnepropetrovsk vilayətində baş vermiş ağır yol qəzasıdır.
Sabah - 13 oktyabr Ukraynada matəm günü elan olunub. Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün Ukraynada çoxsaylı insan ölümünə səbəb olan hadisə ilə əlaqədar prezident Viktor Yanukoviç sabah matəm günü elan edib.

Ən son məlumatlara görə, hadisədə həlak olanların sayı 42 nəfərə çatıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Dnepropetrovsk vilayətində qatarla avtobusun toqquşması böyük insan tələfatına səbəb olub. İlkin versiyaya görə, qəzaya avtobus sürücüsünün işıqforun qadağan olunmuş işığında hərəkət etməsi səbəb olub. Həlak olanlardan ikisinin azyaşlı olduğu bildirilir. ANSPRESS







DOSTLARINLA PAYLAŞ:

oyunlar