Sabah Türkiyədə parlament seçkiləri keçiriləcək
11 İyun 2011 Şənbə 22:01
Baş nazir Rəcəb Təyyib Ərdoğanın başçılığı altında 2002-ci ildən hakimiyyətdə olan AKP-nin növbəti qələbəni də əldə edəcəyi gözlənilir
Türkiyə dövləti sabah önəmli günlərindən birini yaşayacaq. Türkiyənin güc strukturları səsvermə prossesi ilə bağlı gücləndirilmiş iş rejiminə keçiblər. Ölkə ərazisində aparılan sorğular isə seçkinin əsas fovaritlərinin hakim Ədalət və İnkişaf Partitası (AKP), ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) olduğu bildirilir. Partiyaların parlamentə düşməsi üçün 10 faizlik baryeri keçməsi mütləqdir.

Belə ki, sabah Türkiyədə 15 siyasi partiyanın iştirak etdiyi seçkilərdə 7695 namizəd millət vəkili mandatı qazanmaq uğrunda mübarizə aparacaq. Parlament seçkilərində 50 milyon 189 min 930 seçici 85 seçki dairəsi üzrə səs verəcək. Seçkilərdə əsas mübarizə hakim AKP, müxalifətdə olan CHP və MHP, həmçinin seçkilərdə müstəqil namizədlərlə qatılan BDP-nin yaratdığı seçki bloku arasında gedəcək. Digər partiyaların 10 faizlik seçki baryerini aşması real görünmür.

Baş nazir Rəcəb Təyyib Ərdoğanın başçılığı altında 2002-ci ildən hakimiyyətdə olan AKP-nin növbəti qələbəni də əldə edəcəyi gözlənilir. Aparılan sorğu seçicilərin hakim partiyaya 45-47 faizinin səsini vəd edir. Sorğunun nəticəsinə əsasən CHP seçicilərin 27-29 faizi səs verməyə hazırdır. Üçuncu yerdə isə MHP durur - 11 faiz.

Seçki ərəfəsi beynəlxalq sorğu şirkəti “Pew Researç Center” Türkiyədə sorğu aparıb. Rəyi soruşulanların 48 faizi hesab edir ki, baş nazir Ərdoğan və onun Ədalət və İnkişaf Partiyası Türkiyəni düzgün istiqamətdə aparır, 49 faiz isə bu yolu yanlış hesab edir. Təbiliğat kampaniyası dövründə ən böyük aktivliyi CHP göstərib. Bu müddət ərzində CHP 110, AKP isə 80 mitinq keçirib.

İndi hakim partiya öz qarşısına iki məqsəd qoyub: parlamentdə hökumət formalaşdırmaq üçün zəruri olan qədər səslər toplamaq və konstitusiyaya düzəlişlərə nail olmaq. Aydın olan budur ki, ölkə əbədi olaraq 20-30 il bundan əvvəl hərbi çevriliş zamanında qəbul olunmuş konstitusiya ilə yaşaya bilməz. Amma bu məsələyə baxışda da partiyalar və siyasi qüvvələr arasında yekdil münasibət yoxdur. Bəziləri daha total dəyişikliklərin, digərləri isə qismən dəyişikliyin tərəfdarıdır.

Sorğunun nəticələri onu göstərir ki, AKP təkpartiyalı hökuməti formalaşdırmaq imkanı əldə edəcək. Beləliklə də onlar yeni Konstitusiyanı qəbul etmək üçün tam çoxluğu əldə etməyə ümid bəsləyirlər. Konstitusiya islahatlarının problemsiz keçirilməsi üçün Ədalət və İnkişaf Partiyasının 550 yerlik parlamentdə yerlərin üçdə ikisinə və ya 367 deputat mandatına sahib olması vacibdir. Əks halda, konstitusiyaya düzəlişlər referenduma çıxarılmalı olacaq.

Onu da qeyd etmək lazımdır ki, bu seçki hakim partiyanın iki müddətlik idarəçilik dövrünə son da qoya bilər və ya onu uzada da bilər. İndi həm də hakim AKP üçün bir hesabatlıq dövrüdür. İki seçki müddəti ərzində Türkiyə Avropa ölkəsi ola bilməsə də inteqrasiya prosesini davam etdirməkdə israrlı görünür.

Türkiynənin ərəb ölkələrinə təsiri artdı, İranla münasibətlərində yaxınlaşma oldu. Amma AKP hökumətinin İsraillə münasibətləri tam korlandı. Seçki ərəfəsində hakimiyyətlə kürdlər arasında dialoqun korlanması, nəticədə PKK-nın lideri Abdulla Öcalının böyük müharibə təhdidləri və baş nazirə olan sui-qəsdi də diqqətdən qaçırmaq olmaz. Belə ki, Rəcəb Tayyib Ərdoğana seçki kampaniyası dövründə Artvin vilayətinin Hopa şəhər dövlət meydanındakı mitinqdən sonra Trabzona gedərkən onun seçki avtobusu bir qrup maskalı şəxsin hücumuna məruz qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar