Sabah Türkiyə Təhlükəsizlik Şurasının iclası keçiriləcək
27 Dekabr 2009 Bazar 21:45
Sabah Türkiyə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantıda ölkənin xarici və daxili siyasətinin bəzi aspektləri müzakirə olunacaq.
Sabah Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək. İclasın Türkiyə prezidenti Abdulla Gülün rəhbərliyi ilə keçəcəyi bildirilir.

İclasında ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan, daxili işlər və xarici işlər nazirləri, eləcə də baş nazirin müavini və Türkiyə Ordusunun Baş Qərargahının rəhbəri iştirak edəcək.

Toplantıda ölkənin xarici və daxili siyasətinin bəzi aspektləri müzakirə olunacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar