Sabah Qırğızıstanda parlament seçkiləri keçiriləcək
09 Oktyabr 2010 Şənbə 11:40
Seçkilərdən sonra Qırğızıstan Parlament Respublikası olacaq.
Sabah Qırğızıstanda parlament seçkiləri keçiriləcək. Bu gün isə ölkədə sükut günü elan olunub. Seçkilər Qırğızıstanın hakim təsisatlarının legitimləşdirilməsinə xidmət edir.
Birpalatalı “Joqorku Keneş” adlanan parlamentə 120 yer uğrunda 29 siyasi partiya mübarizə aparır.
Seçkilər partiya sistemi əsasında keçirilir. Seçkilərdən sonra Qırğızıstan Parlament Respublikası olacaq. Prezident isə yalnız təmsilçilik funksiyasını yerinə yetirəcək. Respublikanın faktiki idarəçiliyini isə parlament çoxluğu əsasında seçiləcək baş nazir həyata keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: