Sabah gecə ulduz axını olacaq
13 Dekabr 2009 Bazar 02:35
Sabah gecə ulduz axını olacaq. Hava buludlu olmasa, Yaponiyada 15-50 ulduzun düşməsini izləmək mümkündür.
Sabah gecə Yaponiyanın bütün ərazisində meteorit axınını izləmək mümkün olacaq. Bu barədə məlumatı ölkənin Milli Rəsədxanası yayıb. Yaxın iki gün ərzində meteorit axınının fəallığı özünün pik həddinə çatacaq.
Düşən ulduzları Yaponiyanın bütün ərazisindən izləmək mümkün olacaq. Alimlər hesab edirlər ki, buludluluq az olsa və şəhər işıqlandırması çox güclü olmasa, saatda orta hesabla 15-20, ən yaxşı halda isə 50-yədək düşən ulduzu izləmək mümkündür. Milli rəsədxananın mütəxəssisləri ulduz axınının ilin sonunadək təsadüf etməsini yaxşı hal hesab edirlər: “Sanki xüsusi olaraq ilin sonunda düşən ulduzları görmək mümkün olacaq. Bu, ilin xoş yekunu olmalıdır”.
Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, yalnız Yaponiyanın işmalında və Yapon dənizi sahillərində hava buludlu olacaq. Digər rayonlarda isə ulduz axınını izləməyə heç nə mane olmayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: