Saakaşviliyə Moldovadan prezident olmaq təklifi gəldi
18 İyun 2012 Bazar Ertəsi 21:42
Kişinyov meri Dorin Kirtoake maraqlı bəyanatla çıxış edib.
“Qoy Mixail Saakaşvili Moldova prezidenti olsun”. Belə bir bəyanatla Kişinyov meri Dorin Kirtoake çıxış edib. ANS PRESS-in Moldova mətbuatına istinadən verdiyi məlumata görə, Kirtoake ölkəsində korrupsiyanın səviyyəsinin azaldılmasının vacibliyi haqda danışarkən maraqlı təklif səsləndirib.
“Ağlıma bir fikir gəlib. Saakaşvili ikinci müddətdir ki, Gürcüstanı idarə edir. O artıq Gürcüstan prezidenti ola bilməyəcək. Əgər Saakaşvili daha Gürcüstan prezidenti ola bilməyəcəksə, qoy Moldovaya gəlsin, onda həm korrupsiya yox olacaq, həm də sərmayələr olacaq. Qayda-qanun olacaq», - deyə Kirtoake vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: