Saakaşvilinin fotoqrafının xaricə hansı məlumatları ötürməsi açıqlandı
08 İyul 2011 Cümə 15:08
Gürcüstan prezidentinin mətbuat xidmətinin katibi Manana Mancqaladze məsələyə aydınlqı gətirib.
Gürcüstanda 4 fotoreportyorun saxlanması onların peşəkar fəaliyyəti ilə bağlı deyil. ANS PRESS-in “Presa.ge” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidentinin mətbuat xidmətinin katibi Manana Mancqaladze bildirib.

“Şübhəli şəxslər fotoqraf işləyirlər, onların təqsiri fotoqraf kimi göstərdikləri fəaliyyətlə bağlı deyil. Saxlanılanlar məxfi informasiya, xüsusilə də yazılı sənədləşmə yaxud məxfi tədbirlərin cədvəlini casus şəbəkə ilə eyniləşdirilən təşkilata göndərməkdə ittiham olunurlar”, deyə o bildrib.

Qeyd edək ki, dünən Gürcüstan hakimiyyətindən bəyan ediblər ki, fotomüxbirlərə qarşı cinayət işi məxfiləşdirilib.

Mixail Saakaşvilinin mətbuat katibi “ayrı-ayrı şəxslərin fotoqrafların saxlanmasını söz azadlığı ilə əlaqələndirməsini iyrənc və yersiz” adlandırıb.

Xatırladaq ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin şəxsi fotoqrafı İrakli Qedenidze və onun həyat yoldaşı Natiya Qedenidze, “Associated Press”in Gürcüstandakı fotomüxbiri Şaxa Ayvazov, Gürcüstan Xarici İşlər Nazirliyinin fotoqrafı Giorgi Abdaladze və fotoreportyor Zurab Kurtsikidze iyulun 6-da ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər Gürcüstanın maraqlarına zidd olaraq hansısa ölkənin xüsusi xidmət orqanının himayəsi altında fəaliyyət göstərən təşkilatlara müxtəlif tipli informasiyalar ötürməkdə ittiham olunurlar. Göstərilən iş üzrə istintaq aparılır.

Saxlanılanların vəkilləri bəyan ediblər ki, müdafiə etdiyi şəxslər onlara qarşı irəli sürülən ittihamları təkzib edirlər. abdaladze dünən axşam saxlanılmasına etiraz əlaməti olaraq quru aclıq aksiyası elan edib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar