Saakaşvilinin anası türklərə təşəkkür edib
19 Sentyabr 2009 Şənbə 03:15
Giuli Alsania: “Türk dostlarımın ramazanını və qarşıdakı bayramnı təbrik edirəm”
Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası professor Giuli Alsania türklərə təşəkkür edib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, xanım Giuli türklərə aid “İşıq” məktəbində təşkil olunan ifttar ziyafətindəki çıxışında türklərin onlara həmrəylik öyrətdiyini bildirib. “Onlar bizim sadəcə mədəniyyətlərarası dialoqu yox, insanlararası dialoqun əhəmiyyətini başa düşməyimizi təmin ediblər. Bizə bir-birimizi sevməyi öyrətdilər. Türk dostlarımın ramazanını və qarşıdakı bayramnı təbrik edirəm”.
Qeyd edək ki, bu iftar ziyafətində prezidentin müşavirləri, dövlət məruzəçisi, deputatlar, akademiklər, sənətçilər, mətbuat nümayəndələri, din xadimləri, polis təşkilatının əməkdaşları, türkiyəli işadamları və valideynlər iştirak edib.
DOSTLARINLA PAYLAŞ: