Saakaşvilidən orijinal hədiyyə
15 Sentyabr 2011 Cümə Axşamı 22:35
Rusiyalı dirijor Mixail Arkadyevə Gürcüstan pasportu təqdim olunub
Gürcüstan prezidenti Mixail Saakaşvili rusiyalı dirijor Mixail Arkadyevə Gürcüstan pasportu hədiyyə edib. Gürcüstanda qastrol səfərində olan məşhur dirijor ötən gün “Rustavi-2” telekanalında çıxış edərək, Gürcüstanın son zamanlar çox inkişaf etdiyini və bu ölkənin vətəndaşı olmaq istədiyini bildirmişdi.

Bununla belə, Arkadyev Rusiya vətəndaşlığından imtina etməyəcəyini də açıqlayıb.

Mixail Arkadyev 2007-ci ildən 2011-ci ilin iyul ayına kimi Sakit Okean Simfonik Orkestrinin rəhbəri vəzifəsini tutub. Sonradan mətbuata açıqlanmayan səbəblərə görə vəzifəsindən azad edilmişdi.
Siyasi şərhçilər bunu hökumətin dirijora qarşı qisası kimi dəyərləndirib. Xatırladaq ki, Mixail Arkadyev iyun ayında Vladimir Putinin “Xalq Cəbhəsi”nə qoşulmaqdan imtina etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar