Saakaşvilidən acı etiraf
29 Noyabr 2012 Cümə Axşamı 21:27
Gürcüstan prezidenti ölkəsində kriminal və korrupsiyanın artdığını deyib
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə kriminal və korrupsiya səviyyəsinin qəfil artdığını bəyan edib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bunu prezident Palermo şəhərinin meri ilə görüşündə deyib. Saakaşvili qeyd edib ki, bir müddət öncə Gürcüstan korrupsiya ilə mübarizə aparan ölkələr arasında ilk sıralarda idi. Lakin son həftələrdə neqativ halların artımı müşahidə olunur.

"Hazırda ölkədə cinayətkarlıqla mübarizə məsələsi çox aktualdır”, - deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar