Saakaşvili yekun qərarını verdi
24 Mart 2013 Bazar 18:02
Gürcüstan prezidenti ölkə parlamentinin növbədənkənar iclasının çağırılması haqda sərəncam imzalayıb.
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə parlamentinin növbədənkənar iclasının çağırılması haqda sərəncam imzalayıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq sənədin mətni prezidentin rəsmi səhifəsində yerləşdirilib.

Gürcüstan parlamentinin növbədənkənar iclası sabah saat 14.00-da keçiriləcək. Deputatlar 49 məsələ ilə bağlı öz mövqelərini bildirəcək. Onların arasında prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiya dəyişiklikləri də yer alıb. Yalnız “Ümumi məhkəmələr haqqında” qanun layihəsi istisnadır. Sözügedən qanun layihəsi Venesiya Komissiyasının tövsiyyələrinə zidd olduğu üçün prezident Saakaşvili onu müzakirəyə çıxarılacaq sənədlər siyahısından çıxarıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar