Saakaşvili yalnız tet-a-tet görüşləri xoşlayır
09 İyun 2009 Çərşənbə Axşamı 17:40
“Vahid Gürcüstan uğrunda hərəkat”ın baş katibi: “Biz heç vaxt xalqdan gizlincə görüşməyə razı olmarıq”

 

Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifətin yalnız bir lideri - Levan Qaçeçiladze ilə görüşməyə razılıq verib. ANS PRESS-in “Online Georgia”ya istinadən yaydığı məlumata görə, bu informasiyanı “Vahid Gürcüstan uğrunda hərəkat”ın baş katibi Eka Beseliya da təsdiq edib.

Onun sözlərinə görə, Saakaşvili yalnız “təklikdə” keçirilən görüşləri xoşlayır. "Bununla da müxalifət heç vaxt razılaşmaz", - deyə o vurğulayıb.

Beseliyanın məlumatına görə, prezidentlə təkbətək görüşə Levan Qaçeçeladze ilə yanaşı müxalifətin digər liderləri də qarşı çıxıb.
“Biz heç vaxt xalqdan gizlincə görüşməyə razı olmarıq”, - deyə Beseliya qeyd edib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar